AZ

Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanla Avropa İttifaqı(Aİ) ölkələri arasındakı ticarət dövriyyəsinin həcmi 10,462 milyardABŞ dolları olub.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,933 milyard ABŞ dolları və ya 22,7% çoxdur. Belə ki, 2024-cü ilinbirinci yarısında Azərbaycanla Aİ ölkələri arasındakı ticarətdövriyyəsinin həcmi 8,529 milyard ABŞ dolları olmuşdu.

Birinci yarımildə Aİ ölkələrinə ixracın həcmi 9,039 milyard ABŞdolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,763milyard ABŞ dolları, yaxud da 24,2% çoxdur. Bu ölkələrdən idxalınhəcmi isə 1,423 milyard ABŞ dolları təşkil edib ki, bu da, illikmüqayisədə 170 milyon ABŞ dolları və ya 13,6% çoxdur.

Ötən ilin birinci yarısında Azərbaycandan Aİ ölkələrinə ixracınhəcmi 7,276 milyard ABŞ dolları, idxalın həcmi isə 1,253 milyardABŞ dolları təşkil etmişdi.

Cari ilin hesabat dövründə Aİ ölkələrinə ixrac ümumi ixracın70,19%-ini, idxal isə ümumi idxalın 12,35%-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xariciölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyardABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanxarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyardABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payınadüşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.

Seçilən
36
26
az.trend.az

10Mənbələr