AZ

Almaniyada əhalinin hər beş nəfərindən biri tək yaşayır

Bakı. Trend:

Almaniyada əhalinin hər beş nəfərindən biri – təxminən 17 milyoninsan tək yaşayır. Bu, 2004-cü illə müqayisədə 21,8 faiz çoxdur.Həmin vaxt tənha yaşayan insanların sayı 14 milyon nəfər olub.

Trend xəbər verir ki, bubarədə Federal Statistika İdarəsinin 2024-cü ildə əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən yaydığı məlumatda qeyd edilib.

Statistikaya əsasən, tənha yaşayan insanlar arasında yaşlılarüstünlük təşkil edirlər. Belə ki, 65 və daha yuxarı yaş qrupundaolanların 34 faizi, 85 yaşdan yuxarı olanların isə 56 faizi təkyaşayır. Bu göstərici 25-34 yaşlı şəxslər arasında da yüksəkdir –28 faiz.

Tənha yaşayanların təxminən 29 faizi yoxsulluq riski altındadır.Bu, əhali üzrə orta göstəricidən (15,5 faiz) iki dəfə yüksəkdir.Qeyd edək ki, Almaniyada yoxsulluq həddi vergi və sığorta xərcləriçıxıldıqdan sonra aylıq 1381 avro təşkil edir.

Almaniyada tənha yaşayanların səviyyəsinə görə Avropaİttifaqında Litva (27 faiz), Finlandiya (25,8 faiz), Danimarka(24,1 faiz), Estoniya (22,3) və İsveçdən (22,2 faiz) geri qalır. Busahədə ən aşağı göstəricilər Slovakiya (3,5 faiz), İrlandiya (8faiz) və Polşaya (9 faiz) məxsusdur.

phrase_var_article.chosen
21
3
az.trend.az

10phrase_var_article.sources