RU

Göyçayda ev yanıb - FOTO - YENİLƏNİB

Bu gün 07:41 radələrində Göyçay rayonu ərazisində, evdə baş verən yanğın hadisəsi nəticəsində 1963-cü il təvəllüdlü (kişi cinsli) şəxs boynun, kürəyin II dərəcəli yanığı diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirib ki, zəruri tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

***

12:58

Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 8 otaqev əşyaları ilə birlikdə tamamilə yanıb.

İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.

Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Göyçayda Göyçayda Göyçayda Göyçayda Göyçayda Göyçayda
Избранный
8
1
apa.az

10Источники