AZ

Göyçay rayonunda ev yanıb 

Ötən gün gecə saatlarında Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 1 mərtəbəli 8 otaqdan ibarət kürsülü ev əşyaları ilə birlikdə tamamilə yanıb.

    İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.

    Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin 3 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    0
    7
    bakivaxti.az

    10Mənbələr