AZ

Göyçay rayonunda ev yanıb

Ötən gün gecə saatlarında Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.

Bakues.az xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 1 mərtəbəli 8 otaqdan ibarət kürsülü ev əşyaları ilə birlikdə tamamilə yanıb.

İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.

Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin 3 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
7
icma.az

10Mənbələr