Ötən gün gecə saatlarında Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 1 mərtəbəli 8 otaqdan ibarət kürsülü ev əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.
Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin 3 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.





