AZ

Göyçayda ev yanıb - FOTOLAR

Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 8 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.

Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
0
7
cebheinfo.az

10Mənbələr