AZ

Göyçayda ev yanaraq kül oldu – FOTO/VİDEO

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə ötən gün gecə saatlarında rayonun Mollahacılı kəndində qeydə alınıb.

Kənd sakini 1963 cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 1 mərtəbəli 8 otaqdan ibarət kürsülü ev əşyaları ilə birlikdə tamamilə yanıb.
 

Ev sahibinin sözlərinə görə, evin bütün sənədləri, özlərinə məxsus əşyalar hər şey yanıb. İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.


Hadisə yerinə dərhal Göyçay Yanğından Mühafizə Hissəsinin 3 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.

Faktla bağlı araşdırma aparılır.














Bizim.Media, Aran bürosu

Seçilən
5
7
bizim.media

10Mənbələr