RU

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalovdan (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb.

Operativ Media xəbər verir ki, yarışa 1/8 finaldan start verən Sabir Zeynalov ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.

S.Zeynalov finalda Çin-Taybeyini təmsil edən idmançıya məğlub olub.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Избранный
5
9
operativmedia.az

10Источники