AZ

Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb


Parataekvondoçumuz Sabir Zeynalovdan (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb. Bu barədə baki-xeber.com-a Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat verilib.
Yarışa 1/8 finaldan start verən Sabir Zeynalov ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib. Finalda Çin-Taybeyini təmsil edən idmançıya məğlub olan S.Zeynalov gümüş medal qazanıb. Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Əli TURABOV

Seçilən
0
11
baki-xeber.com

10Mənbələr