Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb.
Milli Paralimpiya Komitəsindən Bakues.az-a bildirilib ki, yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.
Həlledici raunnda Çin-Taypeyini təmsil edən idmançıya məğlub olan S.Zeynalov fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.