Azərbaycan parataekvondoçusu Sabir Zeynalovdan (58 kq) Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb.
Operativ Media xəbər verir ki, yarışa 1/8 finaldan start verən Sabir Zeynalov ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.
S.Zeynalov finalda Çin-Taybeyini təmsil edən idmançıya məğlub olub.
Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.