AZ

Azərbaycan parataekvondoçusu Cənubi Koreyadakı turnirdə gümüş medal qazanıb

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib.

Həlledici raunnda Çin-Taypeyini təmsil edən idmançıya məğlub olan S.Zeynalov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Seçilən
0
9
azertag.az

10Mənbələr