AZ

Parataekvondoçumuz Cənubi Koreyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilən Açıq Çelenc Turnirində gümüş medal qazanıb.

“İki sahil” xəbər verir ki, Milli Paralimpiya Komitəsindən bildirilib ki, yarışa 1/8 finaldan start verən idmançı ardıcıl olaraq qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələrək finala vəsiqə əldə edib. Həlledici raunnda Çin-Taypeyini təmsil edən idmançıya məğlub olan S.Zeynalov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, turnir “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Seçilən
0
9
ikisahil.az

10Mənbələr