Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.
KONKRET.az xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 8 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.
Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.
Faktla bağlı araşdırma aparılır.