"Barselona"nın yeni transferi Runi Bardeqci bu gün Barselona şəhərinə gələcək.

Offsideplus.az xəbər verir ki, tibbi baxışdan keçən 19 yaşlı futbolçu rəsmi müqaviləyə imza ataraq "blauqrana"nın futbolçusu olacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Barselona" Bardeqci üçün sabiq klubu "Kopenhagen"ə 2 milyon avro və bonuslar ödəyəcək.

O, 3 ildir Danimarka klubunun əsas komandasında çıxış edir. Gənc vinger burada 84 oyunda 15 qol vurmağı bacarıb.