AZ

“Bornmut” Djordje Petroviçi satın aldı

“Bornmut” 25 yaşlı serb qapıçı Djordje Petroviçi “Çelsi”dən tamhüquqlu əsasda “albalılar”ın heyətinə qatıb.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid “Bornmut”a 28,88 milyon avro məbləğ müqabilində başa gəlib.

Djordje Petroviç “Çukariçki”nin məzunudur. Qapıçı, karyerası ərzində İMT, “Nyu-İnqlend Revolyuşn”, “Çelsi” və “Strasbur”da oynayıb.

2024/2025-ci illər mövsümündə Petroviç icarə əsasında çıxış etdiyi “Strasbur” üçün 31 oyun keçirib, 38 qol buraxıb, 10 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Petroviç 2021-ci ilin yanvar ayında debüt etdiyi Serbiya yığmasının heyətində 7 oynua 6 qol buraxıb, 4 oyundan isə “quru” qurtulub.

Petroviç böyük futbolda heç bir qəimət qaznamayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı serb qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
66
8
arena.az

10Mənbələr