“Osasuna” 21 yaşlı ispan sol cinah hücumçusu Viktor Munyozu “Real”dan tamhüquqlu əsasda “los-roxilyos”un heyətinə qatıb.
Arena.az bu barədə “Osasuna”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid İspaniya klubuna 5 milyon avro məbləğ müqabilində başa gəlib.
Viktor Munyoz futbola “Barselona”da qədəm qoyub, ardınca “Damm” və “Real”ın futbol məktəblərindən keçərək, Madird “İnternasyonal”ının heyətində böyük futbolda debüt edib. Sonra “Real”a qayıtmış Munyoz “qaymaqlılar”ın “B” komandasında çıxış edərək, bu il əsas komandaya da cəlb edilib.
2024/2025-ci illər mövsümündə Munoz “Real” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 4 oyun keçirib.
Munyoz milli yığma komandaya cəlb edilməyib, həmçinin böyük futbolda heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı ispan sol cinah hücumçusunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.
