AZ

“Portu” Omorodionun transfer hüququnu da aldı

“Portu” 21 yaşlı ispan mərkəz hücumçusu Samuel Omorodion Agehovanın (Agehova) transfer hüququna tam sahib olub.

Arena.az bu barədə Portuqaliya klubunun rəsmi sayıta istinadən məlumat verir.

“Əjdahalar” Omorodionun transfer hüququnun yerdə qalmış 35%-ni də satın almaq üçün Madrid “Atletiko”suna 5 milyon avro məbləğində sabit və 7 milyon avro məbləğində əlavə üstəlikdən ibarət – ümumikdə 12 milyon avro məbləğində ödəniş ediblər.

Xatırladaq ki, 2024-cü ilin avqust ayında “Portu” futbolçunun keçidini rəsmiləşdirərkən, Omorodionun transfer hüququnun 50%-ni 15 milyon avro məbləğ, cari ilin may ayında isə daha 15%-ni 5 milyon avro məbləğ müqabilində satın almışdı.

Beləliklə, “əjdahalar” Omoridion müqabilində “döşəkçilər”ə ümumilikdə 32 milyon avro məbləğində ödəniş ediblər.

“Samu” Omorodionun “Portu” ilə müqavilənin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Samu Omorodion “Qranada”nın məzunudur. Hücumçu, karyerası ərzində Madird “Atletiko”su və “Alaves” üçün oynayıb.

2024/2025-ci illər mövsümündə Omorodion Portuqaliya klubu üçün 45 oyun keçirib, 27 qol və 3 məhsuldar ötürmə ilə fərlənib.

Samuel Omorodion 2024-cü ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.

“Samu” Omorodionun qənimətlər muzeyində İspaniya yığması ilə qazandığı 2024-cü il Paris Yay Olimpiya Oyunları futbol yarışının qızıl medalı var.

“Transfermarkt” internet-portalı 21 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 50 milyon avro məbləğ müqabilində qiymətləndirir.

Seçilən
86
8
arena.az

10Mənbələr