EN

MDB Baş katibindən Ermənistana SƏRT MESAJ

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Ermənistanın Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqı (AVROAİİ / EAEU) arasında seçim etməsi məsələsi prinsipial xarakter daşıyır.Bizim.Media xəbər verir ki, bu barədə "Vesti"yə müsahibəsində MDB-nin Baş katibi Sergey Lebedev bəyan edib.S.Lebedevin sözlərinə görə, bu mövzu tərəfdaşlar arasında xoşniyyətli, lakin kifayət qədər prinsipial şəkildə müzakirə olunacaq. Baş katib vurğulayıb ki, Aİ-yə üzvlük prosesi illərlə çəkən çox uzun bir hekayə olduğu halda, AVROAİİ hazırda Ermənistan üçün rədd edilməsi qeyri-mümkün olan real bir iqtisadi platformadır.

 

Ermənistan rəhbərliyinin də bu reallığı dərk etdiyini bildirən Lebedev, baş nazir Nikol Paşinyan daxil olmaqla, bir çox erməni rəsmisinin ittifaqla əlaqələri kəsmək niyyətində olmadıqlarını artıq bəyan etdiklərini xatırladıb.

O, Ermənistanın Aİİ ilə əməkdaşlığının davam edəcəyini, rəsmi İrəvanın Aİ ilə münasibətlərinin gələcək taleyinin isə zamanla bəlli olacağını əlavə edib.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
50
bizim.media

10Sources