Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında Astanada ayrıca görüş planlaşdırılmır.
L.eqal.info xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə əsasən, Putin və Qriqoryan istəsələr, Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində danışa bilərlər.
Peskov qeyd edib ki, Rusiya hələlik Ermənistandan tərəvəzlərinin idxalına qoyulan qadağa ilə bağlı cavab almayıb.
Qeyd edək ki, Rosselxoznadzor 30 may tarixindən etibarən Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk idxalına qadağa qoyduğunu açıqlayıb. Bundan əvvəl isə Rusiya Ermənistandan bir sıra spirtli içkilərin, o cümlədən "Cermuk" mineral suyunun və güllərin idxalını məhdudlaşdırıb.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta