AZ

Kreml100 min ermənini Paşinyanın əleyhinə səs verməyə göndərir

Kreml Rusiyada yaşayan 100 min ermənini Paşinyanın əleyhinə səs verməyə göndərmək istəyir.

Bu barədə "Reuters" dörd mənbəyə istinadən məlumat verir.

Bildirilib ki, son aylarda Rusiya rəsmiləri Rusiyada yaşayan Ermənistan vətəndaşlarının parlament seçkilərində hazırkı Baş nazir Nikol Paşinyanın rəqiblərinə səs vermələri üçün vətənlərinə göndərilməsi planını müzakirə ediblər.

Agentliyin mənbələrinə görə, Rusiya hakimiyyəti 100 min seçicinin daşınmasının xərcini təxminən 50 milyon dollar qiymətləndirib. May ayının ortalarına qədər Kreml Rusiya regionları arasında kvotaları - hər birindən göndəriləcək ermənilərin sayını - bölüşdürüb və yerli hakimiyyət orqanlarından hazırlıqları barədə hesabat vermələrini tələb edib.

Seçilən
4
50
aznews.az

10Mənbələr