EN

Məşhur vəkilin evi qarət olundu - FOTOLAR

Tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkilin özü deyib.

Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar:”Televizor, xalçalar, kombi, qab-qabacaqlar, bahalı suvenerlər və sair məişət əşyalarını  aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalça idi”. Dördpendirli pizza

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:”İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.


Telegram kanalımız
Chosen
23
25
yenisabah.az

10Sources