EN

Taylan Bulut rəsmən “Beşiktaş”da

"Beşiktaş" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "qara qartallar" "Şalke" forması geyinən Taylan Bulutu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi 19 yaşlı oyunçu üçün qarşı tərəfə 6 milyon avro ödəyib.

Qeyd edək ki, Almaniya U19 millisinin üzvü olan Taylan “Şalke”nin heyətində ötən mövsüm çıxış etdiyi 29 rəsmi oyunda 1 qol vurub və 1 assist edib.

“Qalatasaray” Ederson üçün rəsmi təklif göndərib

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Messi yaşıl meydanlara qayıdır

Koman rəsmən “Əl-Nəsr”də

“Kəpəz”dən yeni transfer

Chosen
88
12
apasport.az

10Sources