Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
"Beşiktaş" Taylan Bulut üçün “yerli statusu” prosesinə start verdi
Fanat.Az xəbər verir ki, Beşiktaş rəhbərliyi gənc futbolçu Taylan Bulutun yerli statusunda çıxış etməsi üçün rəsmi prosedurlara başlayıb.
Xəbəri jurnalist Mustafa Karataş şəxsi sosial media hesabında paylaşıb.
Məlumata görə, oyunçu yaxın zamanda yerli futbolçu statusunu alacaq və bu mövsümdən etibarən “qara-qartal”ın heyətində yerli oyunçu kimi forma geyinə biləcək.
Qeyd edək ki, Taylan Bulut bu yay Almaniyanın "Şalke 04" klubundan transfer olunub.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.