"Beşiktaş" klubu yeni transferini açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qara qartallar" Taylan Bulutu heyətinə cəlb edib. İstanbul təmsilçisi "Şalke" klunu ilə anlaşma əsasında futbolçu ilə 5 illik müqavilə imzalayıb.
19 yaşlı müdafiəçi bu gün tibbi müayinədən keçib.
Qeyd edək ki, Almaniyada dünyaya gələn futbolçu 2024-cü ildən bu ölkənin U-19 komandasında çıxış edir.