"Nyukasl" "Aston Villa"dan futbolçu Ceykob Remsini transfer edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. O, yeni komandasında 41 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Ceykob Remsi karyerası ərzində 240 oyuna çıxaraq 44 qol vurub və 30 qolun ötürməsini edib.