"Beşiktaş" növbəti transferini açıqlayıb.
QOL.az xəbər verir ki, İstanbul klubu "Şalke"dən Taylan Bulutu transfer edib.
19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cinah müdafiəçisi 4 il "Şalke"də çıxış edib. O, Almaniyanın aşağı yaş qrup yığmalarının formasını geyinib.
Qeyd edək ki, Bulut son mövsümdə 29 oyunda 2 qol vurub və 1 qol ötürməsi edib.