İngiltərəli müdafiəçi Brendon Uilyams “Mançester Yunayted”dən “Hall Siti”yə transfer olunub.
QOL.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Uilyams yeni klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə əlavə olaraq bir mövsüm uzatma bəndi də nəzərdə tutulub.
23 yaşlı futbolçu “Mançester Yunayted”in yetirməsidir və klubun akademiyasında 2008-ci ildən çıxış edirdi. O, həmçinin icarə əsasında “Norviç Siti” və “İpsviç Taun”da da forma geyinib.
Xatırladaq ki, geridə qalan mövsümdə “Hall Siti” 49 xal toplayaraq Çempionşipdə 21-ci yeri tutub və turnirdə qalmağı bacarıb.