“Feyenoord” 24 yaşlı portuqaliyalı sağ cinah hücumçusu Qonsalo Borjeşi “Portu”dan tamhüquqlu əsasda heyətinə qatıb.
Arena.az bu barədə “Feyenoord”un mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Rotterdam təmsilçisinə 10 milyon avro məbləğ müqabilində başa gəlib.
Qonsalo Borjeş “Portu”nun məzunudur.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Borjeş “Portu” üçün 38 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.
Borjeşin “əjdahalar” üçün çıxışının ümumi mənzərəsi 88 oyun, 2 qol və 10 məhsuldar ötürmədən ibarətdir.
Borjeş Portuqaliyanın U-16, U-17, U-18 və U-21 yığmalarına cəlb edilib, əsas yığmaya isə çağırış hələ almayıb.
Borjeş “Portu” ilə öklə çempionluğunu, ölkə kubokunu (2 dəfə), ölkə liqa kubokunu və ölkə superkubokunu (2 dəfə) qazanıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı portuqaliyalı sağ cinah hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.