İtaliyanın “Napoli” klubunun əsas hücumçusu Viktor Osimhen Səudiyyə Ərəbistanına keçə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Əl-Hilal” Teo Hernandesin transferini rəsmi olaraq açıqladıqdan sonra Osimhen üçün yeni, böyük təklif irəli sürəcək.
2024/25 mövsümündə nigeriyalı hücumçu icarə əsasında “Qalatasaray”da çıxış edib. Türkiyə klubunun heyətində 41 oyuna çıxan Osimhen 37 qol vurub və 8 məhsuldar ötürmə edib.
Əvvəllər isə “Liverpul”un “Napoli”yə Osimhenin transferi üçün iki futbolçunu təklif etdiyi barədə məlumat yayılmışdı.