“Fiorentina”nın cinah müdafiəçisi Dodo karyerasını “Milan”da davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, hələlik klublar arasında tam razılıq əldə olunmasa da, bu gün tərəflər arasında baş tutacaq vacib görüş braziliyalı futbolçunun “rossoneri”yə keçidini yaxınlaşdıracaq.
26 yaşlı müdafiəçi 2024/25 mövsümündə bütün turnirlər üzrə 46 oyunda meydana çıxıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Dodo ilə “Fiorentina” arasında mövcud müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, futbolçunun dəyəri 24 milyon avro təşkil edir.