Bu mövsüm Premyer Liqada çıxış edəcək "İmişli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi "Neftçi"dən ayrılan müdafiəçi Azər Salahlını heyətinə qatıb.
Təcrübəli futbolçu ilə 1 illik müqavilə imzalanıb.