"Fənərbağça" PSJ-nin yarımmüdafiəçisi Marko Asensio ilə müqavilə imzalamaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu haqda "L'equipe" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Türkiyə klubu 29 yaşlı ispan üçün bonuslar da daxil olmaqla 15 milyon avro təklif edib. Futbolçunun özü "Fənərbağça"ya keçməyə tələsmir, o, yekun qərar verməzdən əvvəl ilk növbədə yay transfer pəncərəsində bütün mümkün variantları araşdırmaq niyyətindədir. Asensio ilə "Milan" da maraqlanır.
2025-ci ilin fevralında ispaniyalı icarə əsasında "Aston Villa"ya keçib.
2024/25 mövsümündə Asensio bütün turnirlərdə 37 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun PSJ ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.