İtaliya Seria A təmsilçisi "Milan" heyətinə yeni futbolçu cəlb edib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
"Qırmızı-qaralar" "Torino"nun italiyalı dayaq yarımmüdafiəçisi Samuele Riççini heyətinə qatıb.
23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
"Milan" italiyalı futbolçu üçün qarşı tərəfə 24,5 milyon avro ödəyib.
Samuele Riççi ötən mövsüm A seriyasında 34 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.