İranın ali lideri Ayətullah Əli Xamenei bu gün televiziyada çıxış edərək İsrailin son hücumuna cavab olaraq İran xalqının davranışını yüksək qiymətləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tasnim agentliyi yayıb.
O, iranlıların verdiyi “təmkinli, cəsarətli və vaxtında reaksiya”nı onların müdrikliyinin, rasional düşüncəsinin və mənəvi dözümünün sübutu adlandırıb.
“İran xalqı ona qarşı məcbur edilən müharibəyə necə sinə gəribsə, eyni şəkildə zorla qəbul etdirilmək istənilən sülh qarşısında da qətiyyətlə dayanacaq. Bu xalq heç bir diktəyə boyun əymir”, – deyə Xamenei vurğulayıb.
ABŞ prezidentinin son təhdidlərini şərh edən ali lider bildirib: “İranı, onun xalqını və tarixini tanıyan heç kim bu millətlə hədə dili ilə danışmaz”.
O əlavə edib ki, ABŞ-ın hər hansı hərbi müdaxiləsi “qaçılmaz şəkildə düzəldilməsi mümkün olmayan zərərlərə səbəb olacaq”.
Bizim.Media