AZ

Xamenei ABŞ-a İranla müharibənin nəticələri barədə xəbərdarlıq edib

İranın ali dini lideri Əli Xamenei deyib ki, İran heç kimin “diktaturasına” tabe olmayacaq və həm “qoyduğu müharibəyə”, həm də “qoyduğu sülhə” inadla müqavimət göstərəcək.Bu barədə “IRNA” agentliyi xəbər verir.

"İran, onun xalqı və tarixi haqqında zəka və məlumatı olan insanlar heç vaxt bu xalqla təhdid dili ilə danışmayacaqlar. Çünki İran xalqı dönməzdir. Amerikalılar bilməlidirlər ki, ABŞ-ın hər hansı hərbi müdaxiləsi, şübhəsiz ki, onlara düzəlməz ziyan vuracaq,"-o deyib.

Xamenei qeyd edib ki, İsrailin hücumu ABŞ və İran arasında dolayı danışıqlar apararkən baş verib və sonuncudan heç bir “sərt və ya hərbi əməliyyat” əlaməti olmayıb. Ali Rəhbər İsrailin hücumunda Vaşinqtonun əli olduğunu istisna etməyib. Xamenei ABŞ-ın İsrailə dəstəyini onun “zəif və acizliyinin” göstəricisi adlandırıb və qeyd edib ki, İran “cəza” olaraq İsrailə zərbələr endirməyə davam edəcək.

ABŞ prezidenti Donald Tramp iyunun 17-də deyib ki, o, İranın İsraillə müharibədə qeyd-şərtsiz təslim olmasını, həmçinin nüvə silahından tamamilə imtina etməsini gözləyir. “Axios” mənbələri bildiriblər ki, Tramp ABŞ-ın İsrail əməliyyatında iştirak və İranın nüvə obyektlərinə zərbələr endirmək imkanlarını nəzərdən keçirir.

Almaz Həsənli

Seçilən
13
27
oxumeni.az

10Mənbələr