AZ

Tramp təhdid etdi, Xamenei sərt cavab verdi

ABŞ-nin istənilən hərbi müdaxiləsi ABŞ üçün düzəlməz ziyana səbəb olacaq. Metbuat.az xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xamenei belə deyib. Dini liderin müraciəti dövlət televiziyasında yayımlanıb. O, İran xalqının İsrailin hücumlarına qarşı qətiyyətli, cəsarətli və həssas davranışını yüksək qiymətləndirib. Xameneyi ABŞ-nin mümkün hücum təhdidlərinə də cavab verib. Xamenei deyib ki, İran xalqı təhdid dilinə boyun əyməyəcək. O, ABŞ-nin mümkün hücumun əvəzinin ağır olacağını vurğulayıb.

ABŞ-yə açıq mesaj verən Xamenei, "İran təslim olmayacaq. İstənilən hücumun ciddi və düzəlməz nəticələri olacaq" - deyə xəbərdarlıq edib.

Seçilən
9
1
metbuat.az

10Mənbələr