AZ

Xamenei xalqa müraciət etdi


İranın ali dini lideri Ayətullah Əli Xamenei xalqa müraciət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun mətbuat xidməti məluat yayıb.  
Xamenei Vaşinqtonun İsrailin İslam Respublikasına qarşı təcavüzünə qoşulacağı təqdirdə ABŞ-ni bərpası mümkün olmayan nəticələrlə hədələyib.
“İranı, xalqını və tarixini bilən müdrik insanlar bu ölkə ilə heç vaxt təhdid dili ilə danışmayacaqlar. Çünki İran xalqı heç vaxt təslim olmayacaq. Amerikalılar bilməlidirlər ki, Amerika hər hansı hərbi müdaxilə nəticəsində, şübhəsiz ki, bərpası mümkün olmayan ziyana uğrayacaq”, - Xamenei müraciətində bildirib.
İranın ali dini lideri bunu ABŞ Prezidenti Donald Trampın Tehranın dərhal təslim olması ilə bağlı tələbinə cavab olaraq qeyd edib.
“İran xalqı məcbur edilən sülhə mətanətlə müqavimət göstərdiyi kimi, məcbur edilən müharibəyə də mətanətlə müqavimət göstərəcək”, - Xamenei bildirib.
Digər tərəfdən, Xamenei bildirib ki, İran İsraillə qarşıdurmadan qalib çıxacaq.
O, vurğulayıb ki, ABŞ İranla hərbi münaqişə baş verəcəyi təqdirdə Tehrandan daha çox zərər görəcək.
İranın ali dini lideri Tehranın öz ərazisinə hücuma etinasız yanaşmayacağını və ölkənin Silahlı Qüvvələrinin hazırlıq vəziyyətində olduğunu qeyd edib.
Seçilən
9
27
yeniavaz.com

10Mənbələr