AZ

Xamenei Trampın tam təslim olma tələbini rədd edir...

ABŞ prezidenti Donald Trampın İranı “şərtsiz təslim” çağırışından sonra İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xamenei Vaşinqtonu hədələyib.

...İrana qarşı istənilən hərbi müdaxilə, şübhəsiz ki, onlara düzəlməz ziyan vuracaq.

SİA-nın məlumatına görə, bunu çərşənbə günü, iyunun 18-də televiziya ilə çıxışında Xamneyi deyib. O, Trampın tələbini rədd edib və vurğulayıb ki, İran xalqı ilə “təhdid dili ilə danışmaq olmaz”, iranlılar isə “qərarlıdırlar və tətbiq edilən sülhə müqavimət göstərəcəkləri kimi, tətbiq edilən müharibəyə də müqavimət göstərəcəklər”.

Xamneyinin müraciətini yayan İran dövlət televiziya kanalları bunu göstərməyib, səsi eşidilməyib.

İran Xarici İşlər Nazirliyi həmçinin xarici ölkələrə İsraillə hərbi münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib. Üçüncü ölkənin birbaşa hərbi müdaxiləsi "bütün bölgəni bürüyəcək və hətta ondan kənara çıxacaq genişmiqyaslı müharibəyə" gətirib çıxara bilər.

Bunuİran nazirliyinin sözçüsü İsmayıl Baqai Əl-Cəzirə telekanalına bildirib.

O, Amerika administrasiyasına etimadın tamamilə itirildiyini bəyan etməklə yanaşı, ABŞ-la danışıqların mümkünlüyünə icazə verib.

Bir gün əvvəl Tramp “Truth Social” sosial şəbəkəsində yazıb ki, Tehranın “şərtsiz təslim olmasını” gözləyir. O, həmçinin bildirib ki, ABŞ İranın hava məkanına tam nəzarət edir və Xamneyiyə açıq təhdid edib. “Biz qondarma “Ali Lider”in harada gizləndiyini dəqiq bilirik”, - deyə Tramp yazıb və Ayətullahı “asan hədəf” adlandırıb. Eyni zamanda o, İran liderinin öldürülməyəcəyinə söz verib – “heç olmasa indilik”.

Əli Babayev

Seçilən
14
27
sia.az

10Mənbələr