AZ

Xamenei: “İran xalqı heç vaxt təslim olmayacaq”

İran xalqı heç vaxt təslim olmayacaq və kapitulyasiyanı qəbul etməyəcək.

Bizim.Media “Tansim” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin ali rəhbəri Ayətullah Əli Xamenei xalqa müraciəti zamanı bəyan edib.
 

Onun sözlərinə görə, İran “bu zorla qəbul etdirilən müharibə qarşısında heç kimə təslim olmayacaq”.


Xamenei həmçinin xəbərdarlıq edib ki, ABŞ-ın münaqişəyə hərbi müdaxiləsi amerikalılar üçün bərpaolunmaz zərərə səbəb olacaq.

Beləliklə, İranın ali rəhbəri ABŞ prezidenti Donald Trampın sözlərinə cavab verib. Tramp daha əvvəl Tehrandan dərhal təslim olmağı tələb etmişdi. ABŞ lideri həmçinin demişdi ki, Vaşinqton Xameneinin harada gizləndiyini bilir, lakin onu öldürmək niyyətində deyil.

Bizim.Media

Seçilən
17
27
bizim.media

10Mənbələr