AZ

İqor Tyaqo “Brentford”la yeni müqaviləyə imza atdı – ARENA.AZ

İngiltərənin “Brentford” klubunun braziliyalı mərkəz hücumçusu İqor Tyaqo Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

24 yaşlı braziliyalı hücumçu ilə yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, müqavilənin daha bir mövsüm uzadılması imkanı da var.

Futbolçunun İngiltərə klubu ilə əvvəlki müqaviləsi 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuşdu.

Xatırladaq ki, İqor Tyaqo “Brentford”a 2024-cü ilin yayında Belçkanın “Brügge” klubundan 33 milyon avro müqabilində keçib. Braziliyalı futbolçu “Brentford”un heyətində meydana çıxdığı 35 oyunda 18 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Tyaqo daha öncə “Kruzeyro”, “Brügge”, “Ludoqorets” kimi klubların da şərəfini qoruyub.

“Transfermarkt” internet-portalı 24 yaşlı forvardın transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
20
10
arena.az

10Mənbələr