“Panatinaikos”un braziliyalı sağ vingeri Tete (Mateus Kardozo Lemos Martins) Yunanıstan klubundan ayrılaraq vətəninə qayıdıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra Braziliyanın “Qremio” klubunun uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. “Qremio” bu transfer üçün “Panatinaikos”a 6,2 milyon avro ödəyib. 25 yaşlı futbolçu yetirməsi olduğu klubla 2029-cu ilin 31 dekabrına qədər müqavilə bağlayıb.
Qeyd etdiyimiz kimi, “Qremio”nun yetirməsi olan Tete 2019-cu ildə 15 milyon avroya “Şaxtyor”a (Donetsk, Ukrayna) keçib. O, karyerası ərzində “Qalatasaray” (Türkiyə), “Olimpik” (Lion, Fransa), “Lester Siti” (İngiltərə) klublarının da formasını geyinib.
Braziliyalı futbolçu “Panatinaikos”a 2024-cü ilin yayında “Qalatasaray”dan 5,75 milyon avro müqabilində keçmişdi. O, Yunanıstan klubunun heyətində 76 oyun keçirib, 13 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
Braziliyanın U-15, U-17, U-20 və U-23 yığmalarında oynamış Teteyə əsas millidə debüt qismət olmayıb.
“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 11 milyon avro məbləğində qiymətləndirir.
