AZ

Əliyar Ağayev "Bayer Leverkuzen"in oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Fanat.Az xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Kopenhagen" (Danimarka) - "Bayer Leverkuzen" (Almaniya) oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. 

Qeyd edək ki, qarşılaşma sentyabrın 18-də Kopenhagendə keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Seçilən
63
4
fanat.az

10Mənbələr