AZ

Əliyar Ağayev Çempionlar Liqasında oyun idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, o, sentyabrın 18-də keçiriləcək Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində "Kopenhagen" (Danimarka) – "Bayer 04" (Almaniya) qarşılaşmasını idarə edəcək.

Ağayevə bu oyunda Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Seçilən
15
1
90deqiqe.az

10Mənbələr