AZ

Əliyar Ağayev ÇL-in bu oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Publika.az xəbər verir ki, o, "Kopenhagen" (Danimarka) və "Bayer 04" (Almaniya) komandaları arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşma sentyabrın 18-də, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Seçilən
44
1
publika.az

10Mənbələr