Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Rekord.az xəbər verir ki, “Kopenhagen” (Danimarka) və “Bayer” (Almaniya) komandaları arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qarşılaşma sentyabrın 18-də, saat 20:45-də start götürəcək.