Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
News365.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda keçiriləcək “Kopenhagen” (Danimarka) – “Bayer” (Leverkuzen, Almaniya) matçının baş hakimi olacaq.
Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 18-i saat 20:45-də start götürəcək.