AZ

PFL-dən II Liqa klublarına dəstək

II Liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə Peşəkar Futbol Liqası (PFL) hər bir kluba 2025-2026 mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.

Msport.az xəbər verir ki, yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.

Qeyd edək ki, “Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb. Lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.

Seçilən
21
15
msport.az

10Mənbələr