II Liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə PFL hər bir kluba 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.
Apasport.az xəbər verir ki, yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.
“Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb.
Qeyd edək ki, lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.
Tahir Gözəl: "Əminəm ki, "Liverpul"u, PSJ-ni Bakıda qəbul edəcəyik"
Kapitan gəmini tərk edir - ”Kristal Pelas”da ayrılıq səsləri
“Qarabağ” və “Şkendiya”nın rəhbərləri arasında görüş olub
“Qəbələ”nin futbolçusu Nigeriya millisində
"Neftçi"nin yeni sponsoru bəlli oldu